Biz nə təklif edirik

Dövlətimizin, həmçinin müəssisəmizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün bilikli,
bacarıqlı, həvəsli və peşəkar işçilərə ehtiyac duyulur. Neft və qaz sənayesi bütün dünyada ən ağır zəhmət
və ciddi məsuliyyət tələb edən sənayelərdən biridir. Bu sənayedə uğur əldə etmək işçilərdən həm şəxsi,
həm də işgüzar baxımdan daim təkmilləşmə tələb edir. Ona görə də, SOCAR-AQŞ olaraq biz istedadlı və
həvəsli kadrların işə cəlb olunmasına və onların sənaye əhəmiyyətli təlimlər vasitəsilə
əkmilləşdirilməsinə xüsusi diqqət yönəldirik. İşçilərimiz bizim qürur mənbəyimizdir.

Biz Azərbaycanın neft və qaz sənayesinin inkişafına verdiyimiz töhfələrlə fəxr edirik və bu yolda
irəliləməyə davam edəcəyik.

Namizədlər üçün kriteriyalar

Socar AQS təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:

  • Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər
    qiymətləndirmə sistemlərində isə 75 faizdən yuxarı olmalı;
  • İngilis dili yuxarı səviyyədə (upper-intermediate level) olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Ali təhsilini 2019, 2020 və 2021-ci illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı;
  • 18-25 yaş aralığında olmalı;
  • tələbə-könüllü olmalı;
  • komanda ilə işləmə bacarığı;
  • yenilikçi və interaktiv olması;
  • təşkilatçılıq və idarəetmə bacarığı;
  • işgüzar etiket haqqında məlumatlı olması;
  • xarici dil biliyinin olması arzuolunandır;
  • “Microsoft Office” proqramlarını bilməsi arzuolunandır.