Amalımız
İnteqrə olunmuş effektiv enerji həllərini təqdim edən, maraqlı tərəflərə ən yüksək dəyər yaradan , müasir beynəlxalq şirkət olmaq.
Missiyamız
Azərbaycan qazmasının tarixi qabaqcıl rolunu müasir dünya enerji sənayesində davam etdirmək.
Dəyərlərimiz
Təhkükəsizlik - Korporativ mədəniyyətimizin özəyini təhlükəsizlik təşkil edir. Bizə görə təhlükəsizlik heç kim görməsə belə hər şeyi ilk dəfədən düzgün etməkdir.
Keyfiyyət - Biz təklif etdiyimiz hər bir məhsulun, həllin, xidmətin və bütün təşəbbüslərimizin ən yüksək keyfiyyətli olmasına, eyni zamanda sektora aid ən yüksək keyfiyyət standartlarına cavab verməsinə çalışırıq;
Dürüstlük - Etika və dürüstlük bizim müəssisəmizin bünövrəsini təşkil etməklə yanaşı bütün əməliyyatlarımızda rəhbər tutduğumuz prinsiplərdir;
Vahid komanda - Müəssisəmizin hər bir əməkdaşı bizim üçün dəyər kəsb edir. Biz, bir komandayıq;
Mükəmməllik - Biz bütün əməliyyatlarımızda mükəmməliiyə, həmçinin yüksək iş icrası səviyyəsinə və davamlı təkmilləşməyə çalışırıq.