
Dövlətimizin, həmçinin müəssisəmizin inkişafı, xalqımızın rifah halının
yaxşılaşdırılması üçün bilikli, bacarıqlı, həvəsli və peşəkar işçilərə ehtiyac
duyulur. Neft və qaz sənayesi bütün dünyada ən ağır zəhmət və ciddi məsuliyyət tələb
edən sənayelərdən biridir. Bu sənayedə uğur əldə etmək işçilərdən həm şəxsi, həm də
işgüzar baxımdan daim təkmilləşmə tələb edir. Ona görə də, SOCAR-AQŞ olaraq biz
istedadlı və həvəsli kadrların işə cəlb olunmasına və onların sənaye əhəmiyyətli
təlimlər vasitəsilə təkmilləşdirilməsinə xüsusi diqqət yönəldirik. İşçilərimiz bizim
qürur mənbəyimizdir.
Biz Azərbaycanın neft və qaz sənayesinin inkişafına verdiyimiz töhfələrlə fəxr
edirik və bu yolda irəliləməyə davam edəcəyik.