Amet minim mollit non deserunt ullamco est sit aliqua dolor do amet sint. Velit officia consequat duis enim velit mollit. Exercitation veniam consequat sunt nostrud amet.Amet minim mollit non deserunt ullamco est sit aliqua dolor do amet sint. Velit officia consequat duis enim velit mollit. Exercitation veniam consequat sunt nostrud amet
Cəmiyyətə dəstək layihələri
Qərbi Abşeron
Bulla-dəniz qalxımı Xərə-Zirə adasında 10 km cənub-şərqdə və Bakı şəhərindən 55 km
cənub-qərbdə Bakı arxipelaqının şimal hissənində yerləşir.
“Bulla-dəniz” yatağında 1973-cü ildə VII horizontun, 1974-cü ildə V horizontun və
1982-ci ildə VIII horizontun sənaye əhəmiyyətli neftqazlılığa malik olmaları müəyyən
edilmişdir.
“Bulla-dəniz” yatağında layihə dərinliyi 5900 m olan 78 saylı axtarış quyusunda qazıma
işləri 2016- cı ilin mayında də SOCAR-AQŞ tərəfindən başlamışdır. Əlavə olaraq 3 ədəd
quyunun qazılması planlaşdıırlıb.
Bulla-Dəniz
Qərbi Abşeron yatağı Abşeron arxipelağının Şimal Qərbi hissəsində, Xəzər dənizi
akvatoriyasında Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65km məsafədə yerləşir.
Qərbi Abşeron qalxımı 1958-ci ildə aşkar edilmişdir. Sahənin neft-qazlılığı MQ-nin QD və QA
lay dəstələri çöküntüləri ilə əlaqədardır və 1996-cı ildən istismardadır.
SOCAR-AQŞ tərəfindən Qərbi Abşeron yatağında qazma işləri 2015- cil ilin mart ayından
başlamış, 6 ədəd quyu istismara verilmiş və daha 4 ədəd quyunun qazılması planlaşdırılıb.
Umid
Yüksək təzyiqli Ümid strukturu Xərə-Zirə adasından 44 km cənub-şərqdə, Bakı şəhərindən
cənubda 70 km məsafədə açıq dənizdə yerləşir. Ümid kəşfiyyat sahəsi orohidroqrafik cəhətcə
Xəzərin sularında sahil xəttindən şərq və cənub-şərq istiqamətlərində əvvəl az meylli, sonra
isə nisbətən kəskin batan sahə kimi təmsil olunur.
Ümid strukturunda dərin axtarış qazımasına 1977-ci ildə başlanmışdır. 1977-2011-cı
illər ərzində strukturda 11 axtarış quyusu qazılmışdır. “Ümid” yatağında layihə dərinliyi
6500 m olan 14 saylı istismar quyusunda qazıma işləri SOCAR- AQŞ tərəfindən 05.06. 2015- ci
ildən başlanmış və hal-hazırda davam etdirilir. Əlavə olaraq 2 ədəd quyunun qazılması
planlaşdırılıb.
Günəşli
Günəşli yatağı Abşeron arxipelaqında Bakı şəhərindən 120 km şərqdə və Neft Daşlarından 12 km
cənub-şərqdə yerləşir.
Yatağın hüdudlarında dənizin dərinliyi 80 m-dən (şimali-qərbdə) 300 m-ə qədər
(cənub-şərqdə) dəyişir.
Günəşli strukturunda sənaye əhəmiyyətli neft ilk dəfə 1980-ci ildə çıxarılmışdır.
SOCAR-AQŞ Günəşli yatağında qazma işlərinə 2008- ci martından etibarən başlamış , 41 ədəd
quyu qazılaraq istismara verilmiş, hal- hazırda müəssisə 2 özüldən daha 20 ədəd quyunun
qazılmasnı planlaşdırır.
Günəşli 7
SOCAR-AQŞ 2016-cı ilin aprelindən “Günəşli” yatağında yeni istismara verilmiş 7 saylı dərin
dəniz stasionar özülündə qazma işlərinə başlayıb.
SOCAR-AQŞ ‘’Günəşli ‘’yatağında yeni inşa edilmiş özüldə 2 müxtəlif qazma qurğusundan
istifadə edərək quyu tikintisi işlərinə başlayıb. Yeni özüldə ilkin mərhələdə 6 qaz və 14
neft quyusunun qazılması nəzərdə tutulmuşdur.